Parisdə Azərbaycan və Fransa universitetlərinin iştirakı ilə “Azərbaycan günü” tədbiri keçiriləcək

16:42 20 Fevral 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 16:32 ]


Bakı. Könül Kamilqızı - APA. Fevralın 27-də Parisdə Azərbaycan və Fransa universitetlərinin iştirakı ilə “Azərbaycan günü” tədbiri keçiriləcək.

 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil naziri Mikayıl Cabbarovun 2014-cü ilin noyabrında Parisə işgüzar səfəri zamanı Fransanın müvafiq dövlət qurumları ilə iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi mövzusunda müzakirələr aparılıb.

 

Prosesin davamı olaraq fevralın 27-də Parisdə keçiriləcək “Azərbaycan günü” tədbirinin əsas məqsədi Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələri inkişaf etdirmək, tələbə və müəllim mübadiləsi və birgə proqramların həyata keçirilməsi imkanlarını dəyərləndirməkdən ibarətdir.

 

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibində Azərbaycanın bir sıra aparıcı ali təhsil müəssisələrinin rəhbər şəxslər səviyyəsində iştirakı nəzərdə tutulur. “Azərbaycan günü”ndə 20-yə yaxın Fransa ali təhsil müəssisəsi Azərbaycan ali təhsil sistemi üçün maraq kəsb edən birgə layihələr barədə təqdimatlar keçirəcəklər. Eyni zamanda tədbir çərçivəsində Avropa İttifaqına daxil olan ölkələrin vətəndaşlarına da Azərbaycan universitetlərində təhsil almaq imkanları təqdim olunacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373525

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR