Azərbaycanlı müğənnilər İstanbulda konsert verəcəklər - FOTO

Azərbaycanlı müğənnilər İstanbulda konsert verəcəklər - FOTO
13:12 2 Yanvar 2015
239 Şou
Ölkə mətbuatı
A- A+

Konsert Azərbaycan Mədəniyyət Günləri çərçivəsində baş tutacaq

Türkiyənin İstanbul şəhərində azərbaycanlı müğənnilər - xalq artisti Mələkxanım Əyyubova və əməkdar artist Nuriyyə Hüseynovanın konserti olacaq.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, konsert “İstanbul-Azərbaycan Mədəniyyət evi” tərəfindən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində baş tutacaq.

İlk konsert bu gün yerli vaxtla saat 19.00-da (Bakı vaxtıyla 21.00) Bakırköy rayonu “Cem Karaca” mədəniyyət mərkəzində, digər konsert isə yanvarın 3-də (sabah) Ümraniyə rayonu “Atakənt” mədəniyyət mərkəzində yerli vaxtla saat 19-da keçiriləcək.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/316877.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR