Bölgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi üçün sərmayələr yatırılır

16:43 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Azərbaycanda bölgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi üçün sərmayələr yatırılır.
Bu barədə AzərTAc-a məlumat verən “Azercell Telekom” MMC-nin icraçı direktoru Vahid Mürsəliyev bildirib ki, rayonlarda, əsasən ucqar kəndlərdə hava şəraiti və ya digər səbəblərdən elektrik təchizatı ilə bağlı bəzən müəyyən problemlər yaranır. Bu zaman “Azercell Telekom”un baza stansiyalarındakı antenalarda, təqdim olunan xidmətlərdə də bəzi problemlər yaşanır və bununla bağlı şirkətə müraciətlər daxil olur.
Artıq MMC tərəfindən bu məsələlər həll edilir. Problemi həll etmək məqsədilə risk altında olan radio baza stansiyaları müstəqil avtonom generatorlar ilə təchiz edilir. “Azercell Telekom” bölgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyasını bu il də davam etdirəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bolgelerde_mobil_rabitenin_inkisafi_ve_genislendirilmesi_uchun_sermayeler_yatirilir-833679

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR