Yaponiya hökumətinin tərkibində əlavə nazir vəzifəsi təsis ediləcək

16:48 20 Fevral 2015
58 Dünya
Ölkə mətbuatı
A- A+


Tokio, 20 fevral, AzərTAc
Yaponiya hökuməti 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədar əlavə nazir postu təsis etmək niyyətindədir.
Fevralın 20-də Nazirlər Kabineti həmin planı özündə əks etdirən xüsusi qanun layihəsi qəbul edib. Sənəddə Nazirlər Kabinetinin tərkibinin 18-dən 19-a çatdırılması məsələsi öz əksini tapıb. Yeni nazir vəzifəsi Olimpiadaya hazırlıqla əlaqədar təsis ediləcək.
Qanun layihəsi, həmçinin özündə Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq və bu oyunların keçirilməsinə nəzarətlə əlaqədar hökumətin operativ qüvvələrinin yaradılmasını nəzərdə tutur.
Bundan əlavə, Nazirlər Kabineti Yaponiyada 2019-cu ildə keçiriləcək reqbi üzrə dünya çempionatına hazırlıqla əlaqədar qanun layihəsini də bəyənib. Sənədə əsasən, bəzi dövlət məmurları çempionatın təşkilat komitəsinin tərkibində müvəqqəti iştirak edə bilərlər.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiya_hokumetinin_terkibinde_elave_nazir_vezifesi_tesis_edilecek-833684

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR