Bakıda bağlanan gimnaziyanın müəllimləri necə olacaq? (VİDEO)

Bakıda bağlanan gimnaziyanın müəllimləri necə olacaq? (VİDEO)
16:51 20 Fevral 2015
96 Sosial
Ölkə mətbuatı
A- A+

Nərimanov rayonunda yerləşən Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında ibtidai sinifə qəbuun dayandırılması etiraza səbəb oldu. ANS TV-nin məlumatına görə, etiraz edənsə valideyn və məktəb müəlimləridir. Pedaqoqlar işsiz qalacaqları, valideynləri isə ibtidai sinfə gedəcək övladlarının hansı təhsil ocağında təhsil alacaqları narahat edirdi.

Onlar bildiridilər ki, bu gün məktəb rəhbərliyi tərəfindən xəbərdarlıq olunub ki, artıq yeni dərs ilindən başlayaraq 1-ci sinfə qəbul dayandırılacaq. İşsiz qalacaq ibtidai sinif müəllimlərinin isə yeni iş yerləri ilə təmin olunması barədə heç bir məlumat verilməyib.

Müəllim Zərəfşan Məmmədova çarəsiz qaldıqlarını və nə edəcəklərini bilmədiyini deyir. Digər riyaziyyat müəllim Sona Hacıyeva isə işsiz qalacağından nigarandır.

Valideynlər deyir ki, bu məktəbdə tədris pulsuz və keyfiyyətli olduğundan övladlarını başqa bir tədris ocağında oxutmaq istəmirlər.

Elə Təhsil Nazirliyinin əməkdaşları da məktəbdə olublar. Qurumun nümayəndəsi Emin Abdullayev bildirdi ki, sözügedən gimnaziya lisey olacağından məktəbə şagirdlərin də qəbulu 5-ci siniflərdən başlayacaq. Müəllim və şagirdlərin aqibətinə gəldikdə isə o məktəbdəki şagirdlərin dərslərinə davam edəcəklərini və müəlimlərin isə başqa bir yerlərdə işlə təmin olunacaqlarını vəd etdi.

Odur ki müəllimlərin narahatlığına heç bir səbəb yoxdur. İbtidai siniflər bağlansa belə onlar işsiz qalmayacaqlar.


Mənbə
ANS-TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=327251

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR