Azərbaycanda ilk dəfə uşaqlar da rəsmi qeydə alınan narkomanların siyahısına düşdü

Azərbaycanda ilk dəfə uşaqlar da rəsmi qeydə alınan narkomanların siyahısına düşdü
16:53 20 Fevral 2015
97 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçilərinin sayı artıb.

Səhiyyə Nazirliyindəki mənbə Trend-ə bildirib ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə isə 28 376, 2014-cü ildə isə 28656 nəfər olub.

Yalnız 2014-cü ildə 1235 nəfər ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata götürülüb.

Ölkədə qadın narkotik istifadəçilərinin sayı da nisbətən artıb. Ölkədəki bütün narkotik istifadəçilərinin 554 nəfəri qadındır. Ötən il bu rəqəm 539 nəfər olub.

Ümumilikdə narkotik istifadəçiləri arasında daha çox 30-39 yaş arası insanlar üstünlük təşkil edir.

Qeyd edək ki, rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında indiyədək uşaqlar (yaşı 18-dək olanlar) olmasa da, ötən il 6 uşaq narkotik istifadəçisi kimi qeydiyyata alınıb.

Son məlumatlara əsasən, Azərbaycanda 14 yaşlı bir narkotik istifadəçisi, 15-17 yaşlı 5, 18-24 yaşlı 1403, 25-29 yaşlı 3999, 30-34 yaşlı 4243, 35-39 yaşlı 4377, 40-44 yaşlı 3487, 45-49 yaşlı 3053, 50-54 yaşlı 2554, 55-59 yaşlı 2221, 60-64 yaşlı 2008, 65 yaşdan yuxarı 1305 narkotik istifadəçisi var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2366531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR