4 cüdoçumuz Qran-pri turnirində mübarizəni dayandırıb

16:57 20 Fevral 2015
40 İdman
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 16:47 ]


Bakı – APA. Azərbaycan cüdoçuları 2015-ci ilə uğursuz başlayıblar. Apasport.az saytının məlumatına görə, bu uğursuzluq Almaniyanın Düsseldorf şəhərində keçirilən Qran-pri turnirində qeydə alınıb.

 

Belə ki, ilk yarış günündə tatamiyə çıxan yığmamızın 4 idmançısı birinci görüşündəcə məğlubiyyətə üzülüb. Təmsilçilərimizdən 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov fransalı Sofian Milu qarşısında cəmi 69 saniyə duruş gətirə bilib. Onunla eyni çəkidə yarışan İlqar Müşkiyev Belarusun şərəfini qoruyan həmyerlimiz Arif Bağırova uduzub.

 

66 kq çəki dərəcəsində gücünü yoxlayan Nicat Şixəlizadə isə rusiyalı Yakub Şamilov qarşısında aciz qalıb. Zədədən yeni qayıdan Qran-prinin qalibi 145 saniyəyə ippona düşüb. Şixəlizadə ilə eyni çəkidə tatamiyə çıxan Tərlan Kərimov da eyni aqibəti yaşayıb. O, sloveniyalı Adrian Qombotsa uduzaraq, yarışla vidalaşıb.

 

Qeyd edək ki, fevralın 22-də başa çatacaq yarışda Hacıağa Hacıəhmədovun yetirmələrindən Rüstəm Orucov, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Rüstəm Alimli, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Ramin Qurbanov, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) də nəyə qadir olduğunu nümayiş etdirəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373534

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR