Yanvarda vergi orqanlarına daxil olan müraciətlərin sayı 17% artıb

16:57 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 16:46 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayı ərzində vergi orqanlarına 8 189 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2% çoxdur.

 

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, daxil olmuş müraciətlərdən 97,5%-i ərizə, 2,3%-i şikayət, 0,2%-i təklif olub, 25 müraciətin icrası xüsusi nəzarətə götürülüb.

 

Müraciətlərin 40,9%-i kameral vergi yoxlamaları, 32,5%-i müxtəlif arayışların alınması, 7,2%-i vergi borcları, 4,2%-i səyyar vergi yoxlamaları, 1,3%-i operativ vergi nəzarəti, qalanları isə digər məsələlərlə bağlı olub. Ümumilikdə müraciətlərin 55,7%-i tam, 0,4%-i qismən müsbət həll olunmuş, 13,6%-i barədə müvafiq izahatlar verilib.

 

Yanvar ayı ərzində nazirliyin aparatına 860 müraciət daxil olub.

 

Bu ilin yanvar ayı ərzində Vergilər Nazirliyində müvafiq struktur bölmələrin rəhbərləri və ya digər vəzifəli şəxsləri tərəfindən 88 vətəndaş qəbul edilərək, onlara qanunvericiliyin tələbinə uyğun köməklik göstərilmiş və ya müvafiq izahatlar verilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373533

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR