FHN Bakı Dövlət Univeristetində maarifləndirmə tədbiri keçirdi

FHN Bakı Dövlət Univeristetində maarifləndirmə tədbiri keçirdi
16:59 20 Fevral 2015
268 Sosial
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi Bakı Dövlət Universitetində “Mülki müdafiənin təşkili, mülki müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda maarifləndirmə tədbiri keçirib. Universitetin mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, tədbiri universitetin Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, professor İsmayıl Əliyev açaraq mülki müdafiənin əhəmiyyətindən danışıb.

Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Qüdrət Ağayev mülki müdafiə fənninin ölkənin 52 universitetində tədris olunduğuna diqqət çəkərək, onun BDU-da yüksək səviyyədə keçirildiyini bildirib. Q.Ağayev belə tədbirlərin müntəzəm keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. 

Fövqəladə Hallar Nazirliyi Mülki-Müdafiə Kurslarının rəisi, polkovnik Asif Qəribov isə Mülki müdafiə qoşunları qarşısında qoyulan vəzifələrdən danışıb, fənnin tədrisinin vacibliyini vurğulayıb.


Tədbirdə mövzu ilə bağlı video-materiallar nümayiş etdirilib.


 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194069

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR