Allahşükür Paşazadə Məkkədə keçiriləcək beynəlxalq konfransda məruzə edəcək

Allahşükür Paşazadə Məkkədə keçiriləcək beynəlxalq konfransda məruzə edəcək
17:02 20 Fevral 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 16:56 ]


Bakı. Mübariz Aslanov - APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 21-də Səudiyyə Ərəbistanına səfərə gedəcək.

 

QMİ mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd İslam Aləmi Liqasının təşkilatçılığı ilə 22-24 fevral tarixlərində Məkkədə keçiriləcək “Terrorizmlə mübarizə” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

 

30-dan artıq müsəlman dövlətinin din, elm və ictimai xadimlərinin qatılacagı tədbirdə QMİ sədri məruzə ilə çıxış edəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373536

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR