Bakı - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,21 dollar artaraq 1 barelə görə 53,48 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,19 dollar ucuzlaşaraq 57,14 dollar olub.