Nazir şikayətləri dinləyib (FOTO)

Nazir şikayətləri dinləyib (FOTO)
17:06 20 Fevral 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Biləsuvar şəhərində vətəndaşları qəbul edib.

ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinı istinadən verdiyi məlumata görə, fevral-ın 20-də Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Biləsuvar şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında Biləsuvar, Cəlilabad, Salyan və Neftçala rayonlarında yaşayan vətəndaşlarını qəbul edib. Görüşdə H.Bağırovla birlikdə Nazirliyin idarə və departamentlərinin, tabeli qurumlarının rəhbərləri iştirak edib və 40-dan çox vətəndaşın şikayət, təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Müraciətlər əsasən meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

Nazir qəbula yazılmış hər bir vətəndaşın müraciətinin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun qısa vaxt ərzində araşdırılaraq dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Vətəndaşların verdiyi təkliflər qeydə alınıb, onların şikayətlərinin araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da H.Bağırov tərəfindən dinlənilib və onların müraciətlərinin operativ həlli üçün qanunvericiliyə uyğun tədbirlər görülüb.















Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=327233

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR