İlham Əliyev Yunanıstan prezidentini təbrik etdi

İlham Əliyev Yunanıstan prezidentini təbrik etdi
17:09 20 Fevral 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

İlham Əliyev Prokopis Pavlopulosu Yunanıstan prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Pavlopulos, Yunanıstan Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycanla Yunanıstan arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194072

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR