Prezident imicini dəyişdi (FOTO)

Prezident imicini dəyişdi (FOTO)
17:11 20 Fevral 2015
81 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya lideri Kim Çen In imicini dəyişib. ANS PRESS-in "Arqumentı i Faktı"ya istinadla verdiyi məlumata görə, dəyişiklik onun saç düzümü və qaşlarında olub.

Ölkənin agentliyi prezidentin tədbirdən birində çəkilən yeni fotosunu təqdim edib. İndi onun saçları ortadan və yandan ayrılmır. Kim Çen In saçlarını arxaya darayır.

Qərb mətbuatı onun bu görkəmini Hollivud ulduzuna bənzədib. Onlar bu formanı Uil Smitə məxsus olduğunu deyirlər.

Qaşlarına gəldikdə isə onlar yarıya kimi qısalıb.

Xatırladaq ki, Şimali Koreya liderinin həyat yoldaşı Ri Sol Cu da 2012-ci ildə qərb mətbuatını geyimi ilə heyrətləndirə bilmişdi. Belə ki, o ictimaiyyət qarşısına şalvarda çıxmışdı.





Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327225

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR