Diqqət! 3 dərəcə şaxta olacaq (VİDEO)

Diqqət! 3 dərəcə şaxta olacaq (VİDEO)
17:16 20 Fevral 2015
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Fevral ayının 23-nə kimi qeyri-sabit hava şəraitinin davam etməsi ilə bağlı yolların Baş Dövlət Yol Polis İdarəsi sürücülərə xəbərdarlıq edib.

ANS TV-nin məlumatına görə, bu gündən başlayaraq respublika ərazisində hava yaxın 3 gün müddətində soyuq və şaxtalı keçəcək. Elə hava şəraiti ilə əlaqədar olaraq BDYPİ sürücülərə xəbərdarlıq edib.

Xüsusilə qar yağacağı təqdirdə sükan arxasına əyləşənlərə mövsümi təkərlərdən istifadə etmək, nəqliyyat vasitələrinin texniki sazlığına bir daha baxış keçirmələri tapşırılır. Lazımı avadanlıqlarla avtomobillərini təmin etmək tövsiyyə olunub. Həmçinin sürücülərə ara məsafəsinə diqqət yetirmələri, məcbur qalmadıqda ötmə əməliyyatını etməmələri, dumanlı hava şəraitində yaxını vuran işıqları yandırmaları tövsiyə edilib.

BDYPİ-nin mətbuat xidmətinin rəisi Kamran Əliyev bildirdi ki, sürücülər daha dadiqqətli olmaldırlar. Belə havada məsafə xüsusilə gözlənilməlidir.

Hidrometreoloji proqnozlar bürosundan verilən məlumata görə, hava yağıntılı olacaq. Şimal küləyi güclənəcək və yollar buz bağlayacaq. Rayonlarda da hava şaxtalı olacaq.

Hidrometrioloji proqnozlar bürosunun direktor müavini Gülşad Məmmədova temperaturun düşəcəyini, qar yağacağını deyir. O havanın gecə və gündüz saatlarında 0 -3 dərəcə təşkil edəcəyini qeyd edir. Rayonlarda isə yağış daha da intensivləşəcək.

Qeyri-sabit hava şəraiti ayın 23-dək davam edəcək.


Mənbə
ANS TV, Hürü Əliyeva



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=327256

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR