EY-ın audit partnyoru Turqay Teymurov Dubayda Rusiya və MDB rəhbərlərinin neft-qaz sammitində çıxış edib (FOTO)

EY-ın audit partnyoru Turqay Teymurov Dubayda Rusiya və MDB rəhbərlərinin neft-qaz sammitində çıxış edib (FOTO)
17:18 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend/

19-20 fevral 2015-ci il tarixində EY-ın audit partnyoru Turqay Teymurov Dubayda Rusiya və MDB rəhbərlərinin neft-qaz sammitində çıxış etmişdir.

Sammit Rusiyada, MDB-də və bütün dünyada neft-qaz sahəsinin gələcəyinin formalaşmasında iştirak edən yüksək səviyyəli liderlər, ekspertlər və idarəçilərin aparıcı platformasıdır. Sammitin birinci sessiyası qlobal bazar tendensiyalarına və gələcək perspektivlərə həsr olunmuşdur. Turqay Teymurov həmin sessiyaya “Qlobal kontekstdə Xəzər regionunun neft və qaz tendensiyaları” mövzusunda təqdimatla qatıldı. Təqdimat diqqəti neft qiymətləri, enerji təchizatı və sərfiyyatına təsir göstərən qlobal iqtisadi tendensiyalara yönəltmiş və Xəzər regionunda kəşfiyyat və işlədilmə layihələrinin ümumi icmalını vermişdir.

"Dünyada neftə tələbin azalması, ABŞ-da şist neftin hasilatı ilə bağlı uğurlar, Liviya və İraq kimi digər amillər, habelə OPEK-in hasilat səviyyəsini saxlamaq qərarı neft qiymətlərinin əhəmiyyətli dərəcədə düşməsinə səbəb olmuşdur. Bu yaxınlarda biz ABŞ-da qazma qurğularının sayının azalması, iri layihələrlə bağlı xərclərin azaldılması və ləngimələr fonunda qiymətlərin artmasını müşahidə etdik. Biz hələ də “kontanqo” zonasındayıq, bu isə neft fyuçerslərinin cari neft qiymətlərindən daha yüksək olması deməkdir. Forvard əyrisi və ekspertlərin ehtimalları ilin sonunadək Brent markalı neftin qiymətinin 70 ABŞ dollarına qədər qalxa biləcəyini göstərir, lakin dəyişkənlik çox böyükdür," deyə, Turqay qeyd etdi.

Turqay həmçinin Xəzər regionunda enerji sənayesinin əsas problemlərini müzakirə etmiş və enerji layihələrinin proqnozunu vermişdir. "Regionun bütün ölkələri neftin qiymətinin düşməsinin təsirinə məruz qalmışdır. Makroiqtisadi mühit fərqli olsa da, biz oxşar problemlərlə qarşılaşırıq. Rusiya və Türkmənistan valyutalarının kəskin düşməsinin şahidi olduq, 2014-cü ilin əvvəlində devalvasiyadan sonra Qazaxıstanın tenqesi sabit qalmışdır. Eyni zamanda, Mərkəzi Bankın ABŞ dolları/AZN məzənnəsini sabit saxlamasına görə Azərbaycan Manatı bir çox dünya valyutalarına qarşı möhkəmlənmişdir. Bu yaxınlarda Mərkəzi Bank səbətə avronu əlavə etməklə həmin siyasətə dəyişikliyin edilməsini elan etdi. Azərbaycanın iri xarici valyuta ehtiyatları var və bu da hökumətin ən yüksək prioriteti olan sabitliyi qoruyub saxlamaq məqsədinə çatması üçün kifayət qədər imkan yaradır”, deyə Turqay söylədi.

“Regionda digər ümumi problem - Xəzər dənizinin statusudur. Müzakirələr davam edir və bu sahədə əhəmiyyətli irəliləyiş görmək ümidindəyik. Azərbaycan neft-qaz ehtiyatlarının işlədilməsi sahəsində böyük uğurlar əldə etmiş və mübahisəli yataqlar birgə işlədildiyi halda bu təcrübəsi ilə qonşu ölkələrlə paylaşmağa hazırdır."

"Mövcud layihələrə gəldikdə, Azəri-Çıraq-Günəşli layihəsi üzrə hasilat sabitləşdirdirmiş, Şah Dəniz layihəsinin 2-ci mərhələsi isə plana uyğun həyata keçirilir. Əlbəttə ki, bir sıra problemlər, o cümlədən icazələrin alınması və digər layihələrlə potensial rəqabət kimi problemlər də var. Bu məsələlərin bəziləri ilə biz BTC boru kəmərinin tikintisi zamanı üzləşdik və bunlarla bağlı çətinliklərdən uğurla çıxdıq. Buna görə də, ümid edirəm ki, ABŞ və Avropa Birliyi, layihənin səhmdarları və maraqlı ölkələrin hazırkı dəstəyinin köməyi ilə biz oxşar nəticələr əldə edəcəyik”, deyə Turqay sözlərinə yekun vurdu.

EY haqqında

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də müştərilərin ehtiyacalarına uyğun olaraq öz xidmət və resurslarını genişləndirir. Moskva, Sankt Peterburq, Bakı, Vladivostok, Yekaterinburq, Almatı, Astana, Kazan, Kiyev, Daşkənd, Minsk, Tbilisi və digər şəhərlərdə fəaliyyət göstərən 21 ofisdə 4,800 mütəxəssis çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyəti üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY Azərbaycanda

EY 20 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

2014-cü il EY-ın Azərbaycanda fəaliyyət göstərməsinin 20-ci il dönümü olmuşdur. Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 170-dan çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2366569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR