Sabah da belə olacaq

Sabah da belə olacaq
13:23 2 Yanvar 2015
131 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Sabah Azərbaycan ərazisində hava şəraiti yağıntılı olacaq, bəzi yerlərdə qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gecə və səhər bəzi yerlərdə yağıntılı, gün ərzində isə dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacaq. Dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2349499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR