Azərbaycan Dillər Universitetində “Samilər və Norveçə mühacirət” mövzusunda “açıq dərs”

Azərbaycan Dillər Universitetində “Samilər və Norveçə mühacirət” mövzusunda “açıq dərs”
17:28 20 Fevral 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Azərbaycan Dilllər Universitetində (ADU) “Samilər və Norveçə mühacirat” mövzusunda “açıq dərs” keçirilib.
ADU-dan AzərTAc-a bildirilib ki, bu ali məktəbin xarici dillər kafedrasının müəllimi Anar Rəhimovun keçirdiyi “açıq dərs”də Norveçin Azərbaycandakı səfiri Bord İvar Svendsen, səfirin müşaviri Marie Merit, norveçli qonaq Krister Daatland, universitetin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan üçüncü kurs tələbələri iştirak ediblər.
Universitetin beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini bildirən A.Rəhimov qeyd edib ki, ADU-da bir sıra dillərlə yanaşı, Norveç dili də tədris olunur. O, tələbələrin Norveç dilini, mədəniyyətini, tarixini böyük həvəslə öyrəndiklərini qonaqların diqqətinə çatdırıb.
Tələbələr samilər və Norveçdə təhsil sistemi haqqında ətraflı məlumat veriblər. Norveç ərazisində uzun illər boyu yaşayan samilərin laplandlılar kimi tanındığı, onların sahil kənarı yerlərdə məskunlaşdıqları və əsasən balıqçılıqla məşğul olduqları bildirilib.
Tədbirdə samilər haqqında film nümayiş olunub. Tələbələr arasında mövzu ilə bağlı sual-cavab keçirilib, qaliblərə hədiyyələr verilib.
Sonda tələbələr Norveç dilində “Şimal ölkəsində kəpənək” mahnısını ifa ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Diller_Universitetinde_Samiler_ve_Norveche_muhaciret_movzusunda_achiq_ders-833710

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR