42 milyon dollarlıq mənzil kimə nəsib olacaq? - FOTOSESSİYA

42 milyon dollarlıq mənzil kimə nəsib olacaq? - FOTOSESSİYA
17:32 20 Fevral 2015
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur müğənnilərindən biri Madonna İsrailin paytaxtı Təl-Əvivdə süperlüks apartamenti satın almağa hazırlaşır.
 
Tanınmış memar Riçard Meyerin layihəsi əsasında inşa edilən "The Meier-on-Rothschild Tower" göydələnində yerləşən penthaus 42 milyon dollara satışa çıxarılıb.
 
Milli.Az ABC-yə istinadən bildirir ki, "Səma sarayı" adlanan dəbdəbəli mənzili aktrisa Natali Portman və Britaniyanın populyar teleaparıcısı, prodüser Saymon Kouell də satın almaq istəyirlər.
 
42 mərtəbəli göydələnin tikintisi başa çatdıqda lüks pentahaus uğrunda mübarizə aktivləşir.
 
Binanın 41-ci və 42-ci mərtəbələrində yerləşən penthausun ümumi sahəsi 605,2 kvadrat metrdir.
 
Mənzilin özəl lifti, spa kompleksi, 3 hovuzu, fitnes zalı, 5 yataq otağı, qarderob otağı, vanna otaqları, kokteyl-barı, şərab otağı və s. məkanları var.
 
Milli.Az
 
 




















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/325741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR