Allahşükür Paşazadədən BMT elçisinə qarşı diplomatik jest

17:33 20 Fevral 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycan və Küveyt dövlətləri arasında bütün sahələrdə səmimi qardaşlıq münasibətləri mövcuddur.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Küveyt Əmirinin müşaviri, BMT Baş katibinin humanitar məsələlər üzrə elçisi Abdullah Mətuq Əl-Mətuqu qəbul edərkən bildirib.

QMİ-də keçən görüşdə qonagı səmimi salamlayan A.Paşazadə Küveyt dövlətinin Əmiri Əlahəzrət IV Sabah bin Əhməd Əl Sabaha dərin ehtiramını və səmimi salamlarını yetirməyi xahiş edib. O, Azərbaycan və Küveyt dövlətləri arasında bütün sahələrdə səmimi qardaşlıq münasibətlərinin mövcudluğunu məmnunluqla qeyd etdi, dini-mənəvi sahədə əlaqələrin inkişafı yönündə birgə səyləri yüksək dəyərləndirib. A.Paşazadə Küveyt dövlətinin Azərbaycanın haqq işini hər zaman müdafiə etdiyini xüsusi vurğulayıb və bu qardaşlıq mövqeyinə görə minnətdarlığını bildirib.

Qonağın BMT-də daşıdığı vəzifəsinin də önəmli olduğunu və Azərbaycan dövlətinə olan qardaş münasibətinin dəyərli olduğunu bildirən şeyxülislam Azərbaycan və Küveyt dövlətlərinin beynəlxalq təşkilatlar müstəvisində hər zaman uğurlu əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.

QMİ sədrinə səmimi qəbul və qonaqpərvərliyə görə təşəkkürlərini bildirən küveytli qonaq A.Paşazadəni tanıdığı 20 il ərzində elmi, dünyagörüşü ilə fərqlənən, müdrik şəxsiyyət, dini dözümlülük ideyalarının ardıcıl təbliğatçısı kimi xüsusi dəyərləndirdiyini deyib. Bir çox beynəlxalq konfranslarda yaxından əməkdaşlıq etdiklərini xatırlayan cənab əl-Mətuq Küveytdə yaradılmış Motədillik mərkəzinin işində fəal iştirakına görə QMİ sədrinə təşəkkürlərini bildirib. Əl-Mətuq şeyxülislamı əmin edib ki, Küveyt dövləti hər zaman haqqın, ədalətin yanında olacaq və təcavüzə məruz qalmış Azərbaycan xalqının mənafelərini bütün səviyyə və məqamlarda müdafiə edəcəkdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2366570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR