x
Loading...

Oqtay Şirəliyev Cəlilabadda vətəndaşları qəbul edib

17:37 20 Fevral 2015
43 Digər
Ölkə mətbuatı
A- A+
.

[ 20 Fevral 2015 17:32 ]


Cəlilabad. Ağəddin Babayev – APA. Səhiyyə naziri Oqtay Şirəliyev bu gün Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında  bu rayonla yanaşı, qonşu Yardımlı, Masallı, Biləsuvar və Salyan rayonlarından  olan bir qrup vətəndaşı qəbul edib.

 

APA-nın cənub bürosunun məlumatına görə, nazirə ünvanlanmış müraciətlərin əksər hissəsi  yerli şəraitdə müalicəsi mümkün olmayan xəstəliklərin müalicəsinə köməkliyin göstərilməsi, işlə təminat və s. ilə bağlı olub. Ucqar yaşayış məntəqələrində səhiyyə ocaqlarının müasirləşdirilməsi, yerlərdə ixtisaslı həkim çatışmazlığı və digər problemlər də qaldırılan məsələlər sırasında olub. Hər bir  müraciəti dinləyən O.Şirəliyev onların bir qisminin yerində həll olunmasından ötrü  tabeliyindəki struktur rəhbərlərinə tapşırıqlarını verib. 

 

Səhiyyə Nazirliyinin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyatı orqanlara çatdırılmaq üçün qeydə alınıb və  nəzarətə götürülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373546

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR