İŞİD-dən daha bir dəhşət: 30-dan çox ölü

İŞİD-dən daha bir dəhşət: 30-dan çox ölü
17:41 20 Fevral 2015
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Liviyanın Kubbah kəndində terror aktı törədilib.

ANS PRESS-in məlumatına görə, kəndin içində bomba dolu yük maşını partladılıb.

Hadisə ilə bağlı Liviya məclis üzvü Agula Salih açıqlamasında bildirib ki, terrorçular ərazidəki yanacaq bazalarını və hüquq-mühafizə orqanlarının yerləşdiyi binaları hədəfə aıblar. İlkin ehtimallara görə, hadisə İŞİD-çilər tərəfindən törədilib.

Salih hadisənin İŞİD-in Liviyanın Derna kəndindəki mövqeylərinin bombardıman edilməsinə cavab kimi baş verdiyini bildirib.

Qeyd edək ki, İŞİD tərəfindnə qaçırılan 21 misirli xristianın edam edilməsindən sonra bazar ertəsi hücumlar başlamışdı. Bombardman zamanı İŞİD-in bir çox bazaları darmadağın edilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327262

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR