Mingəçevirdə məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksində işlər tam başa çatdırılıb - FOTO

Mingəçevirdə məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksində işlər tam başa çatdırılıb - FOTO
17:42 20 Fevral 2015
547 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 17:38 ]

“Bakı-2015” ilk Avropa Oyunlarının avarçəkmə yarışlarının iştirakçısı olan idmançılar və komandaların nümayəndələri şəhərcikdə yerləşdiriləcək

 

 

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət  Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlər üçün yeni salınmış məhəllədə tikinti işlərinin tam başa çatması ilə bağlı Mingəçevir şəhərində olub və Mingəçevir Şəhər İcra Hakimiyyətində geniş müşavirə keçirib.

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvafiq dövlət qurumlarının və tikinti şirkətlərinin nümayəndələrinin, eləcə də Mingəçevir Şəhər İcra Hakimiyyətinin, şəhərin xidmət təşkilatlarının, elektrik enerjisi, təbii qaz, içməli su, istilik sistemi, telekommunikasiya sahələri üzrə idarələrinin rəhbərlərinin, eləcə də “Bakı-2015” 1-ci Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşlarının iştirakı ilə keçirilən müşavirədə şəhərcikdə tikinti işlərinin tam başa  çatması ilə bağlı birgə müzakirələr aparılıb.

Müşavirədə bildirilib ki, Mingəçevir şəhərinin ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün şəhərciyin salınması işləri tam başa çatdırılıb. Layihəyə uyğun olaraq ərazidə 11 ədəd doqquzmərtəbəli, 594 mənzilli binalar tikilib. Binalarda 36 ədəd 1 otaqlı, 288 ədəd 2 otaqlı, 234 ədəd 3 otaqlı, 36 ədəd isə 4 otaqlı mənzillər var. Ərazidə bundan əlavə, 480 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün binalar tikilib. Ə. Həsənov bildirib ki, bu ilin yayında “Bakı-2015” ilk Avropa Oyunlarının avarçəkmə yarışları Mingəçevirdə keçiriləcək, həmin yarışların iştirakçısı olan idmançılar və komandaların nümayəndələri bu yeni salınan şəhərcikdə yerləşdiriləcək. Ə.Həsənov qeyd edib ki,  “Bakı-2015” ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin və Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələrinin iştirakı ilə bir neçə dəfə yeni qəsəbədə aparılan tikinti işlərinə baxış keçiriblər: “Bu gün isə bir daha biz “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşları ilə müəyyən məsləhətləşmələr apardıq ki, gələcəkdə heç bir çətinlik olmasın”.

Müşavirədə “Bakı-2015” ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməkdaşları da çıxış dərək öz fikirlərini çatdırıb və şəhərcikdə işlərin çox yüksək səviyyədə görüldüyündən razılıqlarını bildiriblər.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373544

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR