Elmi-praktiki konfransda Azərbaycanda sudan istifadənin müasir problemləri müzakirə olunub

Elmi-praktiki konfransda Azərbaycanda sudan istifadənin müasir problemləri müzakirə olunub
17:48 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında imzalanmış Təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair müqavilə çərçivəsində fevralın 20-də “Azərsu” ASC-də “Azərbaycanda sudan istifadənin müasir problemləri və onun idarə olunması” mövzusunda ikigünlük elmi-praktiki konfrans öz işinə başlayıb.
Konfransda “Azərsu” ASC-nin, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) gənc alim və mütəxəssisləri, tələbələr, magistr və doktorantlar iştirak edir.
Tədbirdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda su təchizatının tarixi, ölkənin əsas su mənbələri və su təchizatı sistemləri barədə geniş məlumat verib. Bildirib ki, əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə böyük işlər görülüb. Son illər Prezident İlham Əliyevin də bu sahənin inkişafına göstərdiyi böyük diqqət və qayğı sayəsində Bakı şəhəri və Abşeron yarımadası, eləcə də regionlarda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə layihələr uğurla həyata keçirilir.
“Qlobal miqyasda su çatışmazlığı probleminin
kəskinləşməsi son illər sudan səmərəli istifadə məsələsinin aktuallığını daha da artırır. Bu konfrans içməli su və kanalizasiya təsərrüfatının qlobal problemlərinin öyrənilməsi və onların aradan qaldırılması, yeni texnologiyalardan istifadə imkanlarının araşdırılması baxımından olduqca əhəmiyyətlidir. İçməli sudan səmərəli istifadə, tullantı sularının emal edilərək digər məqsədlərə yönəldilməsi hazırda dünyada prioritet məsələlər sayılır”, - deyə Q.Hüseynov vurğulayıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova qlobal miqyasda su problemlərinə böyük diqqət yetirildiyini, bu baxımdan konfransın əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Rektor “Azərsu” ASC ilə əməkdaşlığın real nəticələrindən və faydasından bəhs edərək deyib ki, nəzəri bilikləri təkmilləşdirmək üçün təcrübə keçmək, istehsalat sahələrində olmaq vacibdir. G.Məmmədova istehsalatla sıx əlaqənin yaradılması və təcrübə mübadiləsinin aparılması baxımından “Azərsu” ASC ilə əməkdaşlığı yüksək qiymətləndirib, bu əməkdaşlıq çərçivəsində ötən müddət ərzində birgə keçirilən tədbirləri xatırladıb. Rektor bildirib ki,
“Azərsu” ASC-nin maddi texniki bazası, həyata keçirdiyi layihələr universitetin elmi potensialının zənginləşdirilməsi baxımından əhəmiyyətlidir.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov su ehtiyatlarının respublika üzrə paylanması, suyun keyfiyyəti ilə bağlı xəritələrin işlənməsi, bu sahədə yeni texnologiyaların tətbiqi istiqamətində son illər görülən işlər barədə məlumat verib.
Sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.
Konfransın ikinci günü isə tədbir iştirakçılarının Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə, Mərkəzi Laboratoriyaya səfərləri təşkil olunacaq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elmi_praktiki_konfransda_Azerbaycanda_sudan_istifadenin_muasir_problemleri_muzakire_olunub-833720

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR