Yanvar ayında vergi orqanlarına 8 mindən artıq müraciət daxil olub

Yanvar ayında vergi orqanlarına 8 mindən artıq müraciət daxil olub
17:53 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Bu ilin yanvar ayı ərzində vergi orqanlarına 8 min 189 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2 faiz çoxdur.
Vergilər Nazirliyindən AzərTAc-a bildiriblər ki, daxil olmuş müraciətlərdən 97,5 faizi ərizə, 2,3 faizi şikayət, 0,2 faizi təklif olub, 25 müraciətin icrası xüsusi nəzarətə götürülüb.
Müraciətlərin 40,9 faizi kameral vergi yoxlamaları, 32,5 faizi müxtəlif arayışların alınması, 7,2 faizi vergi borcları, 4,2 faizi səyyar vergi yoxlamaları, 1,3 faizi operativ vergi nəzarəti, qalanları isə digər məsələlərlə bağlı olub.
Ümumilikdə müraciətlərin 55,7 faizi tam, 0,4 faizi qismən müsbət həll olunub, 13,6 faizi barədə müvafiq izahatlar verilib.
Ay ərzində Vergilər Nazirliyində müvafiq struktur bölmələrin rəhbərləri və ya digər vəzifəli şəxsləri tərəfindən 88 vətəndaş qəbul edilərək, onlara qanunvericiliyin tələbinə uyğun köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yanvar_ayinda_vergi_orqanlarina_8_minden_artiq_muraciet_daxil_olub-833723

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR