Kral ailəsinin yeni gəlini (FOTO)

Kral ailəsinin yeni gəlini (FOTO)
17:56 20 Fevral 2015
79 Şou
Ölkə mətbuatı
A- A+

Şahzadə II Yelizavetanın nəvəsi özünə yeni sevgili tapıb. ANS PRESS-in məlumatına görə, 30 yaşlı Harri rus model Anastasiya Qusevadan ayrılıb. İddialara görə, o artıq Hollivudun gənc ulduzu Emma Uatson ilə görüşür.

Şahzadə keçən il sevgilisindən ayrılan 24 yaşlı Emma ilə əlaqə yaratmaq üçün bütün tanışlarına müraciət edib. Nəhayət, onun elektron poçtunu tapıb və məktub yazıb. Şahzadə Emmaya onunla daha yaxından tanış olmaq, görüşmək istəyini bildirib.

"Womansday.com"un mənbəsindən verilən məlumata görə, Harri Emmanın daim diqqət mərkəzində olmasını istəmirdi. "Buna görə o, yığıncaq təşkil edib. Həm də bu yolla şahzadə heç də darıxdırıcı biri olmadığını, şən və zarafatcıl biri olduğunu nümayiş etdirmək istəyib".

Şahzadənin dostlarının sözlərinə görə, isə o, Emmaya aşiq olub, özü də tək xarici görünüşünə deyil. "Deyəsən Harri ilk görüşdə Emmaya özü haqqında xoş təsir bağışlaya bilib".













Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=327260

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR