Azərbaycanın ən uzun və qısa adamı - VİDEO

Azərbaycanın ən uzun və qısa adamı - VİDEO
17:57 20 Fevral 2015
211 Sosial
Ölkə mətbuatı
A- A+

Aqilin boyu 2,24, Nuşirəvanınkı isə 1,24 sm-dir
Beyləqanda iki dostdan biri ən uzun boyu, digəri isə alçaq boyu ilə seçilir. ANS TV-nin məlumatına görə, Nuşirəvan Aqil yaxın dost olsalar da, Aqil dostuna həmişə yuxarıdan aşağı baxır. Bu, o demək deyil ki, Aqil Nuşirəvanı bəyənmir. Sadəcə olaraq, Aqil öz dostundan nə az, nə çox düz bir metr uzundur.

Boyu 2.24 sm olan Aqil tək dostuna deyil elə hamıya yuxarıdan baxmaq məcburiyyətindədir. Beyləqanın I Aşıqlı kəndindən olan Aqil Sadıqzadənin boyu 18 yaşına kimi normal olub. Orta məktəbin son sinifində oxuyanda boyunda kəskin artım hiss olunub.

Uzun Həsənin nəslindən gəldiyini deyən Aqilin boyunun uzun olması genetikdir. Aqil Sadıqzadə nəslində babasının nisbətən hündür olduğunu deyir.

Ən sürətli uzanma isə 21 yaşında baş verib. Hazırda Aqilin boyu ilə əlaqədar sümük ağrıları, oynaq ağrıları çox olur. Boyunun anormal uzanması zamanı Aqil xeyi əziyyət çəkib. Lakin Aqil boyunun bu qədər uzun olmasını gündəlik məişət işərində ona kömək etdiyini deyir. O, evlərində nərdivan olmadığını, ot tayasında da öz işlərini boyuna görə rahatlıqla yerinə yetirdiyini qeyd edir.
İndi o, adının Azərbaycanın ən uzun adamı kimi rəsmiləşməsini istəyir.

Dostundan fərqli olaraq Nuşirəvanın boyunun qısalığı genetik deyil. Beyləqanın Yuxarı Aran kəndindən olan Nuşirəvan Rəhimovun boyu 1.24 sm-dir. O, nəsillərində balaca adamın olmadığını bildirib. Boyunun qısa olmasının onda kompleks yaratmadığını deyən Nuşirəvan ali təhsil alıb, ailə qurub və bir qızı var. O, boyunun qısa olmağının bəzən həyatda işinə də yaradığını deyir.

Belə ki, o, I sinifdən 1-ci partada oturub. Universitetdə də boyuna görə onun xətrinə dəyməyiblər.

Beyləqanın ən uzun və ən qısa adamının yolu rayon mədəniyyət evində kəsişib. Eyni yerdə işləmələri, birlikdə görünmələri onları daha da məhşurlaşdırıb. Birlikdə televiziya verilişlərinə qonaq olublar.

Aqillə Nuşirəvan bir-birlərindən boyca nə az, nə çox düz 1 metr fərqlənsə də, bu onların dostluğuna mane olmur. İki dostun ən böyük arzusu isə aktyor kimi birgə filmə çəkilməkdir.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR