Gəncədə piyada qadın avtomobillə vurulub

Gəncədə piyada qadın avtomobillə vurulub
17:58 20 Fevral 2015
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Bu gün saat 16:00 radələrində Gəncənin Mizrə Abbas Abbaszadə küçəsində piyadanın vurulması hadisəsi baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, şəhər sakini 47 yaşlı Kəmalə Məhərrəmova yolu keçmək istəyərkən hələlik sürücüsünün adı məlum olmayan “VAZ 2107” markalı avtomobillə vurulub.

Zərərçəkmiş yaxınlıqdakı şəxslərin köməyi ilə şəhər TTYX-nin Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini yaxşı qiymətləndirirlər.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2366600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR