Gecə yarısı yolu keçmək istədilər və ...

Gecə yarısı yolu keçmək istədilər və ...
13:31 2 Yanvar 2015
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bayram axşamı bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol hadisəsi baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, dekabrın 31-də saat 01.00 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Bakı şəhər sakini Cavid Mövsümov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Süleyman Cəfərovu və Elşad Rəhimovu vurub. E.Rəhimov hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Azərbaycanda bayram günlərində 29 yol qəzası baş verib. Qeydə alınmış yol qəzalarında 10 nəfər həyatını itirib, 37 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=317444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR