"Zərgəri keçirib əlinə, pulunu, qızılını “sağır” - İlhamə Quliyeva

"Zərgəri keçirib əlinə, pulunu, qızılını “sağır” - İlhamə Quliyeva
18:06 20 Fevral 2015
89 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti İlhamə Quliyeva bəzi müğənnilərə xəbərdarlıq edib.

Axşam.az-ın məlumatına görə, müğənni “ATV Maqazin”ə maraqlı açıqlamalar verib:

“Bir müğənni var ki, dünyanın hər yerindən rəhmətə gedənlərin paltarlarını alıb geyinir. Onun-bunun çəkməsini geyinib, yerişini yeriyə bilməyənlərə sözümü deyirəm: hərənin öz yolu olsun. Elə şeylə özünüzü piar etməyin. Müğənni var toy aparır, məclisdən sonra bəy evinə yox, onunla otelə gedir. Sonrada görüşməyə başlayırlar. Biridə ki, zərgəri keçirib əlinə, pulunu, qızılını “sağır”. Dili də var danışmağa. Bir deyərlər, beş cavab verəcəm. Bunlar özlərini gör kimlə müqayisə edirlər? Güzgüyə baxın görün nəyə oxşayırsınız? Botoksdan üz partlayır, çuğundur rəngindədir. Çıxırlar efirə özləri yaşlı ola-ola xalq artistlərinin yaşından danışırlar. Sən cavan qız uşağısan? Bakı balaca yerdir, hamı bir-birini yaxşı tanıyır. Heç kimə mənim xətrimə dəyməyə icazə vermirəm".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26844

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR