SOCAR-ın “Qaz İxrac” İdarəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair məsələlər müzakirə olunub

SOCAR-ın “Qaz İxrac” İdarəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair məsələlər müzakirə olunub
18:08 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
SOCAR-ın “Qaz İxrac” İdarəsində əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya sahələri üzrə görülmüş işlərin hesabatı və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
SOCAR-dan AzərTAc-a bildiriblər ki, tədbirdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində görülmüş işlərin əhəmiyyətindən danışılıb.
Qeyd olunub ki, idarədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları Azərbaycan Respublikasının qanunları, normativ hüquqi aktlar, İSO 9001, İSO 14001 və OHSAS 18001 beynəlxalq standartların tələblərinə uyğun yerinə yetirilib.
2014-cü il ərzində idarənin bütün işçiləri xüsusi geyim, ayaqqabı, qoruyucu və mühafizə vasitələri ilə təmin olunaraq, onlardan istifadə qaydalarına və saxlanmasına daimi nəzarət edilib.
İdarədə sağlamlığının qorunması və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə əməkdaşlar vaxtaşırı tibbi müayinədən keçirilib və tibbi sığorta ediliblər.
İl ərzində 277 nəfər işçinin əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair bilikləri yoxlanılıb. Əmək şəraitinin normallaşdırılması məqsədilə magistral qaz kəmərləri sahələrinin inzibati binalarında və qazpaylayıcı stansiyalarda əsaslı təmir və tikinti işləri aparılıb.
Tədbirin sonunda əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya üzrə mümkün problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_in_Qaz_Ixrac_Idaresinde_emeyin_muhafizesi_ve_tehlukesizlik_texnikasina_dair_meseleler_muzakire_olunub-833731

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR