Fransadan Rusiyaya təklif - "Gəmi sülhlə dəyişdirilsin"

Fransadan Rusiyaya təklif - "Gəmi sülhlə dəyişdirilsin"
13:32 2 Yanvar 2015
86 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın müdafiə naziri Jan-İv Le Drian Rusiyaya qəribə təklif irəli sürüb. Milli.Az aznews.az-a istinadən xəbər verir ki, bu haqda o, “Europe 1” radiostansiyasının efirində deyib.

Nazirin təklifinə görə, Rusiya Fransanın helikopter daşıyan “Mistral” gəmisini o halda əldə edə bilər ki, Donbassda sülhə nail olunsun:

“Bu istiqamətdə hansısa cəhdlər edilir, ancaq fakt faktlığında qalır ki, biz qəti qərar verə bilmirik”.

Qeyd edək ki, Fransadan helikopter daşıyan 2 gəminin alınması haqda müqavilə Rusiyanın “Rosoboroneksport” və Fransanın DCNS şirkətləri arasında 2011-ci ildə imzalanıb. Birinci gəminin rəsmi Moskvaya təhvil verilməsi 2014-cü ildə reallaşmalı idi.

Hazırda hər iki “Vladivostok” və “Sevastopol” gəmisi Sen-Nazer limanında lövbər salıb.

Rəsmi Moskva isə ya pulunun geri qaytarılması, ya da gəminin verilməsi gününü gözləyir.

Əks halda Rusiya Fransanı məhkəmə ilə hədələyir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR