ABŞ-da rekord şaxtalar: Nyu-Yorkda bərəni buz əsarətindən qurtarmaq üçün buzqıran gəmi lazım gəlib

18:13 20 Fevral 2015
52 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Niaqara şəlaləsi buz bağlayıb, Çikaqoda isə temperatur rekord qırıb. ABŞ-ın Orta Qərb və şimal-şərq hissəsi arktik siklonun təsiri altına düşüb. Güclü şaxtalar nəticəsində nəinki Niaqara şəlaləsi, həmçinin ABŞ və Kanada sərhədindəki Böyük göllər də başdan-başa buzla örtülüb.
AzərTAc Vesti.ru saytına istinadla xəbər verir ki, Çikaqoda termometrlər mənfi 22 dərəcəni göstərir. Bu, 1936-cı ildən bəri qeydə alınan ən güclü şaxtadır. Məktəblərdə dərslər dayandırılıb, sakinlərə evdən çıxmamaq tövsiyə edilib. Soyuq siklonun tədricən cənuba doğru – Bostona və Nyu-Yorka tərəf irəlilədiyi bildirilir.
Steyten-Aylenddən Manhettenə gedən bərəni “Böyük alma” buxtasında buzun əsarətindən qurtarmaq üçün buzqıran gəmi çağırmaq lazım gəlib. Bostonda isə bu ilin fevralı 1872-ci ildən başlayan meteoroloji müşahidələr tarixi boyu ən qarlı dövr olub. Şəhərə artıq 115 santimetr qalınlığında qar yağıb.
Meteoroloqlar şaxtaların həftə sonuna qədər davam edəcəyini gözləyirlər. Pis hava şəraitinin 115 milyon insanın yaşadığı 27 ştatda hökm sürəcəyi bildirilir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_da_rekord_saxtalar_Nyu_Yorkda_bereni_buz_esaretinden_qurtarmaq_uchun_buzqiran_gemi_lazim_gelib-833733

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR