Səhiyyə Nazirliyi 63 saxta diplom aşkarladı

Səhiyyə Nazirliyi 63 saxta diplom aşkarladı
18:14 20 Fevral 2015
58 Sosial
Ölkə mətbuatı
A- A+

 

 

2014-cü il ərzində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 290 və Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 314 neqativ hal barədə şikayətə nazirlikdə baxılıb.

 

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorundan APA-ya verilən xəbərə görə, aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 176 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb. 1 müraciət üzrə cinayət xarakterli pozuntu faktı aşkar olunduğundan, 1 tibb işçisi barədə hüquq-mühafizə orqanı vasitəsilə cinayət işi qaldırılıb.

 

Bundan əlavə, görülmüş yoxlama tədbirləri nəticəsində 63 saxta diplom aşkar olunaraq, toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194080

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR