Türkiyə səfirliyindən Elnur Hüseynovun qələbəsinə MÜNASİBƏT

Türkiyə səfirliyindən Elnur Hüseynovun qələbəsinə MÜNASİBƏT
18:17 20 Fevral 2015
274 Şou
Ölkə mətbuatı
A- A+

Bir neçə gün öncə Türkiyənin TV8 telekanalında “O Səs Türkiyə” musiqi yarışmasında Elnur Hüseynovun qələbə çalması Türkiyə mətbuatında birmənalı qarşılanmayıb. Onun haqqında xoş yazılar nə qədər çoxluq təşkil etsə də, mənfi yazılar da az deyil.

Milli.Az aznews-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb.

Səfirliyin mətbuat müşaviri Həmid Qaradəniz Elnur Hüseynovun Türkiyədəki qələbəsinə çox sevindiklərini deyib:
“Türkiyədəki yarışmada azərbaycanlı bir qardaşımızın qalib olması həm də türk xalqını sevindirdi. Əvvəldən də görünürdü ki, Elnur öz performansı ilə birinciliyə doğru gedir. İmkan olduqca onun çıxışlarını izləyirdik və uğurunu sevinclə qarşıladıq”.

Mətbuat müşaviri türk mediasından Elnur haqqında gedən xoşagəlməz məlumatlara da münasibət bildirib:
“Hər kəs müxtəlif fikrə sahibdir. Ona görə Elnuru sevən də var, sevməyən də. Amma onu deyə bilərəm ki, Elnuru Türkiyədə sevənlər çoxluq təşkil edir. Müsbət yazı yazanlar da mənfilərdən daha çoxdur”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/325794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR