“Enerjisistemin İdarəetmə Vasitələri Şəbəkəsi”dayanıqlı rabitə əlaqəsini təmin edir

“Enerjisistemin İdarəetmə Vasitələri Şəbəkəsi”dayanıqlı rabitə əlaqəsini təmin edir
18:23 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
“Enerjisistemin İdarəetmə Vasitələri Şəbəkəsi” Müəssisəsinin fəaliyyəti elektrik stansiyaları və yarımstansiyaların mərkəzi dispetçer sistemi ilə dayanıqlı rabitə əlaqəsini təmin edir. Rabitə və informasiya-kommunikasiya texnologiyaları sektorunda baş verən texnoloji yeniliklər bu müəssisədə tətbiq olunur.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, enerjisistemin daxili rabitə sahəsində üç növ rabitədən – radiorabitə, yeraltı kabel və son illərdə SCADA layihəsi çərçivəsində istifadəyə verilmiş fibro-optik rabitə şəbəkəsindən istifadə edilir. Yüksək gərginlikli xətlərin üzərində optik rabitə şəbəkəsi qurulur. Son illər bunların optik kabellə əvəz edilməsinə başlanılıb. Hazırda fibro-optik rabitə şəbəkəsinin uzunluğu 1300 kilometrə yaxındır. Gələcəkdə bu prosesin əhatə dairəsi daha da genişlənəcək.
Kabel rabitəsi isə daha çox paytaxt və onun ətrafını əhatə edir. Təqribən 380 kilometrə yaxın yeraltı kabel xətti var. Bununla yanaşı, radiorabitə texnologiyası da yeniləşdirilir. Qeyd edək ki, fibro-optik şəbəkənin yaradılması stansiya və yarımstansiyalara yüksək keyfiyyətli internetin verilməsinə, elektron poçtun inkişaf etdirilməsinə, enerjisistemin bütün müəssisələrini əhatə edən kooperativ şəbəkənin genişləndirilməsinə imkan verir. İndiyə qədər bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirilib: elektron sənəd dövriyyəsi, elektron hesabatlar, müəssisə resurslarının avtomatlaşdırılması layihələri və s. tətbiq edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Enerjisistemin_Idareetme_Vasiteleri_Sebekesidayaniqli_rabite_elaqesini_temin_edir-833736

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR