Danimarka terrorizmə qarşı mübarizəyə 1 milyard krona ayırır

Danimarka terrorizmə qarşı mübarizəyə 1 milyard krona ayırır
18:23 20 Fevral 2015
60 Dünya
Ölkə mətbuatı
A- A+


Kopenhagen, 20 fevral, AzərTAc
Danimarka qarşıdan gələn 4 il müddətində terrorizmə qarşı mübarizəyə və ölkədə ictimai təhlükəsizliyin yaxşılaşdırılmasına təqribən 1 milyard krona ayıracaq.
Bu məqsədlə Danimarka hökuməti vəsaitin xərclənməsini və iş planını tənzimləyən 12 bənddən ibarət yeni plan açıqlayıb.
Ötən istirahət günlərində Danimarkanı sarsıdan hücumlardan sonra ölkə hökuməti belə tədbirlərin zəruri olması barədə düşünməyə başlayıb. Danimarkanın Baş naziri Helle Torninq-Şmitt mətbuat konfransında deyib: “Biz, qəddar düşmənlərin demokratiyamıza və azadlığımıza hücum etmək istədikləri bir dünyada yaşayırıq. Bunu yanvarda Parisdə törədilən terror aktlarında gördük, ötən istirahət günlərində Kopenhagendə hücum zamanı da şahidi olduq”.
Yeni plan Danimarkanın xüsusi xidmət orqanlarına özünü “İraq və Şam İslam dövləti” adlandıran terrrorçu qruplaşma və digər terrorçu təşkilatlar tərəfində vuruşmaq üçün xarici ölkələrə gedən danimarkalıları daha yaxşı yoxlamağa imkan verir, həbsxanalarda məhbuslar arasında radikalizmin yayılmaslına müqavimət göstərmək üçün qabaqlayıcı tədbirlər nəzərdə tutur. Planın daha bir maddəsi istər polis, istərsə də Milli Təhlükəsizlik Agentliyi üçün təhlükəsizliyin təmin olunması imkanlarının genişləndirilməsini ehtiva edir. Vəsaitin təqribən yarısı xarici ölkələrdə hərbi kəşfiyyat aparılmasına yönəldiləcək.
Bütün bu məqsədlərə qarşıdan gələn dörd ildə 970 milyon Danimarka kronası (148 milyon dollar) xərclənəcək.
Rauf Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Kopenhagen

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Danimarka_terrorizme_qarsi_mubarizeye_1_milyard_krona_ayirir-833735

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR