Mərkəzi Bank banklara göstəriş verib

18:27 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 18:22 ]


Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bütün kommersiya bankları bu həftənin şənbə və bazar günləri (fevralın 21 və 22-si) adi iş rejimində fəaliyyət göstərəcək.

 

APA-Economics”in bank sektorundakı mənbədən aldığı məlumata görə, bununla bağlı müvafiq qərar kommersiya banklarına Azərbaycan Mərkəzi Bankı tərəfindən göndərilib.

 

Mənbənin dediklərini “Azərbaycan Beynəlxalq Bankı” və “ExpressBank” faktiki olaraq təsdiq edir. Belə ki, həmin bankların yaydığı məlumatda bildirilir ki, onlar şənbə və bazar günü adi iş rejimində çalışaraq, müştərilərə bütün xidmətləri göstərəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373558

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR