Azay Quliyev ATƏT PA-nın komitə iclasına sədrlik edir

Azay Quliyev ATƏT PA-nın komitə iclasına sədrlik edir
18:29 20 Fevral 2015
52 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Avstriyanın paytaxtı Vyanada baş tutan ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasına sədrlik edən Azay Quliyev iclasda açılış nitqi ilə çıxış edib.

 

Lent.az-ın məlumatıan görə, Azay Quliyev çıxışında bildirib ki, hazırda ATƏT regionunda sülhün və təhlükəsizliyin qorunması baxımından olduqca həssas bir dönəmdə yaşayırıq:

“ATƏT ərazisində bizi narahat edən münaqişə ocaqları hələ də mövcuddur. Bu gün münaqişə mənbələrinin sayı artmaqda davam edir və təhlükəsizliyə yönələn ciddi problemlər yaradır.  Xüsusilə də Ukraynanın şərqində aparılan  hərbi əməliyyatlar regionda sülh və sabitliyə qarşı böyük təhlükəyə çevrilib. Eyni zamanda terror təhlükəsi  ATƏT regionu  üçün təhdid olaraq qalmaqdadır. Son aylarda Avropanın mərkəzində baş verən terror hadisələri və insan ölümləri hər birimizi narahat edir. Son terror hadisələri heç bir ölkənin terrordan sığortalanmadığını nümayiş etdirir".

Onun sözlərinə görə, ATƏT regionunda milli və dini zəmində baş verən insidentlərin qarşısının alınması və milli azlıqların hüquqlarının qorunması sahəsindəki mövcud problemlərin həlli vacib əhəmiyyət kəsb edən məsələlərdəndir:

“Bu baxımdan, ATƏT ailəsi olaraq qeyd olunan problemlərin həllində bütün bilik və bacarıqlarımızı səfərbər etməliyik. Bu nöqteyi nəzərdən, Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin üzərinə böyük məsuliyyət düşür və bu gün biz bu qeyd olunan mövzular ətrafında müzakirələr aparacağıq.

Bilirsiniz ki, bu il ATƏT ailəsi üçün önəmli bir ildir. Belə ki, biz Helsinki Yekun Aktının qəbul edilməsinin 40 illiyini qeyd edəcəyik. Komitənin məruzəçisi Pia Kauma Helsinkidə keçiriləcək  24-cü İllik Sessiya üçün hesabatı işləyib hazırlayıb. Bu gün biz onun ideyalarını, fikirlərini və məqsədlərini dinləyib öz təklif və ideyalarımızı bölüşəcəyik”.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194082

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR