Parisdə Azərbaycan və Fransa universitetlərinin iştirakı ilə “Azərbaycan günü” mövzusunda tədbir keçiriləcək

18:33 20 Fevral 2015
57 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
Fevralın 27-də Parisdə Azərbaycan və Fransa universitetlərinin iştirakı ilə “Azərbaycan günü” tədbiri keçiriləcək.
Təhsil Nazirliyindən AzərTAc-a bildiriblər ki, nazir Mikayıl Cabbarovun 2014-cü ilin noyabrında Parisə səfəri zamanı Fransanın müvafiq dövlət qurumları ilə iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi mövzusunda müzakirələr aparılıb. Prosesin davamı olaraq bu il fevralın 27-də Parisdə keçiriləcək “Azərbaycan günü” mövzusunda tədbirin əsas məqsədi Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında əlaqələri inkişaf etdirmək, tələbə və müəllim mübadiləsi, birgə proqramların həyata keçirilməsi imkanlarını dəyərləndirməkdir.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibində Azərbaycanın bir sıra aparıcı ali təhsil müəssisələrinin rəhbər şəxslər səviyyəsində nümayəndələrinin iştirakı nəzərdə tutulur.
“Azərbaycan günü”ndə Fransanın 20-dək ali təhsil müəssisəsi Azərbaycan ali təhsil sistemi üçün maraq kəsb edən birgə layihələr barədə təqdimatlar keçirəcəklər. Eyni zamanda, tədbir çərçivəsində Avropa İttifaqına daxil olan ölkələrin vətəndaşlarına da Azərbaycan universitetlərində təhsil almaq imkanları təqdim ediləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Parisde_Azerbaycan_ve_Fransa_universitetlerinin_istiraki_ile_Azerbaycan_gunu_movzusunda_tedbir_kechirilecek-833740

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR