Rusiyaya qarşı yeni sanksiyalar qəbul olundu

Rusiyaya qarşı yeni sanksiyalar qəbul olundu
18:37 20 Fevral 2015
71 Dünya
Ölkə mətbuatı
A- A+

Kanada Rusiya və Ukraynanın 37 vətəndaşını “qara siyahı”ya salıb.

Bu barədə Kanadanın Baş Naziri Stiven Xarperin saytında dərc olunmuş məlumatda bildirilir. Bundan başqa, sanksiyalar Rusiya və Ukraynanın 17 şirkətinİ əhatə edəcək. Məlumata görə, sanksiya siyahısına SSRİ xalq artisti İosif Kobzon, jurnalist Dmitri Kiselyov, Dövlət Dumasının deputatı Valeri Raşkin daxil edilib. “Qara siyahı”da həmçinin Rusiyanın müdafiə nazirinin müavini Anatoli Antonov və “Rostex” korporasiyasının baş direktoru Sergey Çemezov yer alıb. Rusiyanın “Rosneft” iri neft şirkətinə də sanksiyalar tətbiq ediləcək. “Bizim mövqe konkret olaraq qalmaqdadır: Kanada Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və heç vaxt bu ölkənin hər-hansı bölgəsinin işğalını qanuni saymayacaq”,-deyə məlumatda bildirilir.

Pyotr Poroşenko ABŞ-dan hərbi yardım istəyib

Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ-ın vitse-prezidenti Cozef Bayden ilə telefon danışığı zamanı ölkənin şərqində münaqişənin gərginləşməsinin dayandırılması üçün təcili addımlar atılmasının zəruriliyini qeyd edib. Bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir. Bundan başqa, Poroşenko ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün Ukraynaya əlavə vəsaitlərin ayrılması barədə bir müddət əvvəl verilən bəyanatları reallaşdırmağa çağırıb. Bayden, öz növbəsində, ABŞ-ın Ukraynanı tam dəstəklədiyini qeyd edib. Cozef Bayden və Pyotr Poroşenko separatçıların atəş açması səbəbindən atəşkəs rejiminin pozulmasını qeyd ediblər. Qeyd edək ki, bundan əvvəl KİV-lər Ukrayna Müdafiə Nazirliyinin lazımi hərbi texnikanın siyahısını ABŞ-a təqdim etdiyini bildiriblər.

Rusiya XİN: Kanadanın yeni sanksiyaları cavabsız qalmayacaq

“Kanadanın sanksiyalara üstünlük verməsi cavabsız qalmayacaq. Kanadanın bu cür fəaliyyəti Ukraynadakı qarşıdurmanı qızışdırır”. Belə bir bəyanatla RusiyaXarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç çıxış edib. Onun sözlərinə görə, Moskva Ottavanın fəaliyyətinin nəticələri barədə düşünəcəyinə, habelə Rusiyaya qarşı sanskiya təzyiqinin perspektivsizliyini anlayacağına ümid edir: “Rusiya-Kanada münasibətlərinin gələcəyi Kanadının məsuliyyət və ağıllı düşüncəyə malik olub-olmamasından asılıdır”.

Sergey Lavrov: “...ABŞ-ın əlində bir bəhanədir”

“Ukraynada bütün sərhəd boyu atəşkəs rejiminə əməl olunur. Debaltsevo isə istisna olaraq qalır”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun fikrincə, əsas vəzifə atəşin dayandırılmasıdır: “Bir çox yerlərdə könüllülər ağır texnikanı geri çəkməyə hazır olduqlarını bəyan ediblər. Debaltsevoda isə döyüşlər davam edir. Biz Minskdə dedik ki, Ukrayna qoşunları Debaltsevoda mühasirəyə düşüb. Onların Debaltsevonu necə tərk edə biləcəyi barədə danışmaq lazım olduğunu söylədik. Söhbət ondan gedirdi ki, onlar ağır texnikanı qoyaraq oranı şərəflə tərk etsinlər. Kiyev isə buna hazır deyildi. Lakin könüllülər əvvəlcədən bildirmişdilər ki, ağır texnikanın Debaltsevodan çıxarılmasına icazə verməyəcəklər. Onların fikrincə, əks təqdirdə Ukrayna qoşunları geri qayıdacaq və yenidən atəş açacaq. Poroşenko isə onda bildirdi ki, Ukrayna ordusu Debaltsevoda mühasirədə deyil. Nəticədə isə belə alındı”.

S.Lavrov Debaltsevo olayının Rusiyaya qarşı təzyiq göstərmək və yeni sanskiyalar tətbiq etmək üçün ABŞ-ın əlində bir bəhanə olduğunu söyləyib: “Qərb siyasətçiləri Ukrayna böhranının nizamlanmasına kömək etməlidirlər, ziddiyəti daha da alovlandırmamalıdırlar. Ümid edirəm ki, Qərbdə olan məsuliyyətli siyasətçilər Ukrayna xalqının maraqlarına uyğun əllərindən gələni edəcəklər”.

"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/325476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR