Səhiyyə naziri Cəlilabadda vətəndaşları qəbul edib

Səhiyyə naziri Cəlilabadda vətəndaşları qəbul edib
18:38 20 Fevral 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
Fevralın 20-də səhiyyə naziri Oqtay Şirəliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, qəbulda Cəlilabad, Biləsuvar, Salyan, Yardımlı və Masallı rayonlarından olan 50 nəfərin müraciəti nazir tərəfindən dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıbdır.
Müraciətlərin əksəriyyəti xarici ölkələrdən, xüsusilə İran İslam Respublikasından fəsadlaşmış halda ölkəmizə dönən və yerli mütəxəssislərdən yardım istəyən soydaşlarımızla bağlı olub. Digər müraciətlər sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin xarici ölkələrdə təkmilləşdirilməsi, işlə təminat və s. məsələləri əhatə edib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehiyye_naziri_Celilabadda_vetendaslari_qebul_edib-833744

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR