Buskets "Barcelona"da 4-cü oldu

Buskets "Barcelona"da 4-cü oldu
18:44 20 Fevral 2015
59 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" yarımmüdafiəçi Serxio Busketslə müqaviləni yeniləyib. Lent.az-ın Xarici KİV-ə istinadən məlumatına görə, İspaniya millisinin üzvü 2019-cu ilə qədər “Barselona”da qalacaq.

Busketsin illik maaşı bundan sonra 10 milyon avro olacaq. Bununla da o, komandada Lionel Messi, Xavi Ernandes və Andres İnyestadan sonra ən yüksək məvacib alan 4-cü oyunçu olacaq.

26 yaşlı futbolçunun müqaviləsinə əlavə olunan bəndə görə, onun transfer qiymətinin 175 milyon avro qeyd edilib.

Qeyd edək ki, Serxio Buskets bu mövsüm keçirdiyi 22 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194084

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR