Nəhayət ki: ABŞ İŞİD-ə qarşı vuruşacaq - FOTO

Nəhayət ki: ABŞ İŞİD-ə qarşı vuruşacaq - FOTO
18:47 20 Fevral 2015
177 Dünya
Ölkə mətbuatı
A- A+

Avropada radikal islamçıların reallaşdırdıqları bir sıra teraktlar, habelə "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularının girovlarla əsirləri son vaxtlar diri-diri yandıraraq edam etmələri dünya birliyini terror təhlükəsini yenidən dəyərləndirməyə vadar edib.
 
ABŞ isə İŞİD-ə qarşı çoxdan gözlənilən əməliyyata hazırlaşır.
 
Milli.Az The Financial Times-a istinadən bildirir ki, hazırda amerikalı hərbçilər İraqda 20 min iraqlı ərəb və kürd hərbçilərə təlim keçirlər. Onlar baharın sonlarında - yayın əvvəllərində İraqdakı Mosul şəhərinə hücuma keçəcəklər.
Məqsəd Mosulu İŞİD-dən azad etməkdir.
 
Əməliyyatda amerikalı hərbçilərin iştirakı da gözlənilir.
 
ABŞ kəşfiyyatının hesablamalarına görə, Mosulda İŞİD-in 2 minə yaxın terrorçusu var.
 
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Martin Dempsi deyib: "Mosulla bağlı keçiriləcək əməliyyatda müəyyən sayda amerikalı hərbçilərin iştirakını dəstəkləyirik. Son sözü prezident Barak Obama deməlidir".
 
Milli.Az
 









Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/325738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR