Sabiq prezidentlər sülh və təhlükəsizlik məsələlərində əsas problemlərin həll yollarını müzakirə ediblər - FOTO

Sabiq prezidentlər sülh və təhlükəsizlik məsələlərində əsas problemlərin həll yollarını müzakirə ediblər - FOTO
18:47 20 Fevral 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Brüsseldə keçirilən “Avropada etimadın bərpa olunması” adlı toplantı öz işini yekunlaşdırıb.
 
Milli.Az bildirir ki, Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və təşkilatın İdarə Heyətinin üzvü olan sabiq prezident, baş nazir və nazirlər iki gün ərzində Avropada sülh və təhlükəsizlik məsələlərində əsas problemlərin həll yollarını müzakirə ediblər.
 
Toplantının ikinci günündə aparılan müzakirələr zamanı bildirilib ki, bu gün beynəlxalq münasibətlərdə qarşılıqlı inamı bərpa etmək və ya yenidən inam yaratmaq üçün yeni yolların müəyyənləşdirilməsində böyük problemlər yaranır. Görüşdə Avropada etimadın bərpa olunması, dünyada sülhün qorunması və daha sıx əməkdaşlıq istiqamətində fəaliyyətin zəruri olduğu vurğulanıb.
 
Görüşdə sülhün qorunmasında beynəlxalq hüquqi qaydaların müəyyən edilməsi, Avropada və onun hüdudlarından kənarda münaqişənin həlli üçün müvafiq mexanizmlər, enerji diplomatiyası və təhlükəsizlik, radikallaşma və Avropanın bu məsələdə rolu kimi məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
 
Toplantının ikinci günündə əsas diqqət bu ilin aprel ayında Bakıda keçiriləcək III Açıq Cəmiyyətlər Forumuna ayrılıb. Müzakirələrdə Forumun əhəmiyyəti vurğulanıb, müştərək cəmiyyətlər qurmaq və dünyanın əsas təhlükəsizlik problemlərinin həll yollarını tapmaq üçün yeni strategiya və yerlər müəyyən etmək məqsədilə dünya liderlərinin tədbirdə bir araya gələcəyi bildirilib.
 
Bununla da III Açıq Cəmiyyətlər Forumuna hazırlıq xarakteri daşıyan “Avropada etimadın bərpa olunması” adlı toplantı öz işini yekunlaşdırıb.
 
Tədbir fevralın 19-20-də Belçika Krallığının paytaxtı Brüsseldə baş tutub.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/325802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR