Bakıda mənzildə 49 yaşlı kişinin meyiti tapıldı

Bakıda mənzildə 49 yaşlı kişinin meyiti tapıldı
18:49 20 Fevral 2015
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 49 yaşlı kişinin meyiti tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nərimanov rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısının kilidini açaraq daxil olublar. Mənzilə baxış keçirilərkən 1966-cı il təvəllüdlü Cəfərov Ramiz Xasay oğlunun vəfat etdiyi müəyyən olunub. R.Cəfərovun cəsədi aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194085

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR