Naxçıvan Dövlət Universitetində Beynəlxalq Ana dili günü qeyd olunub

Naxçıvan Dövlət Universitetində Beynəlxalq Ana dili günü qeyd olunub
18:53 20 Fevral 2015
161 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 20 fevral, AzərTAc
Naxçıvan Dövlət Universitetində (NDU) 21 Fevral - Beynəlxalq Ana dili gününə həsr olunmuş konfrans keçirilib.
NDU-nun mətbuat şöbəsindən AzərTAc-a bildirilib ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin ana dilimiz haqqında dəyərli fikirlərini əks etdirən tarixi kadrlara baxıblar.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Rektor qeyd edib ki, bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə, dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq.
Tədbirdə NDU-nun dosenti Mehriban Quliyevanın “Beynəlxalq Ana dili gününün təsisi”, universitetin kafedra müdiri, pedaqoji elmlər doktoru, professor Elbəyi Maqsudovun “Ana dili müstəqillik illərində” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə vurğulanıb ki, BMT 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib.
Qeyd olunub ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi ulu öndər Heydər Əliyevin doğma dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Sonda tələbələr ana dilinə həsr olunmuş şeirlər söyləyiblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_Dovlet_Universitetinde_Beynelxalq_Ana_dili_gunu_qeyd_olunub-833749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR