Bakı, 20 fevral, AzərTAc
Fevralın 20-də Səməd Vurğun adına Rus Dram Teatrında “Azərbaycan inciləri” rəqs ansamblının konserti olub.
AzərTAc xəbər verir ki, ansambl gözəl və rəngarəng proqram təqdim edib. Müxtəlif yaşlı uşaqlar milli, bal və hind rəqsləri ifa ediblər.
Kollektivin çıxışı böyük maraqla qarşılanıb.














