Səfir: "Avstraliya Azərbaycanla idman tədbirlərinin təşkili təcrübəsini bölüşəcək"

Səfir: "Avstraliya Azərbaycanla idman tədbirlərinin təşkili təcrübəsini bölüşəcək"
18:57 20 Fevral 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

"Bakıda Avstraliyanın idman tədbirlərinin təşkilində təcrübəsinə tələb var və hazırda 30-dan çox avstraliyalı Bakı 2015 I Avropa Oyunlarının Təşkilat Komitəsində əsas yer tutur". Bunu Trend-ə Avstraliyanın Azərbaycan və Türkiyədəki səfiri (iqamətgahı Ankaradadır) Ceyms Martin Larsen deyib.
 
Onun sözlərinə əsasən, Bakıdakı avstraliyalı mütəxəssislər ən böyük Avropa idman tədbirini daha yaxşı keçirmək üçün tövsiyələrini verirlər: "Avstraliya 2000-ci ildə Sidneydə Olimpiya Oyunlarında müvafiq təcrübə toplayıb və indiyə kimi böyük idman tədbirləri zamanı Sidneyə müraciət edirlər".
 
Diplomat qeyd edib ki, Azərbaycan və Avstraliya arasında dostluq və səmimi münasibətlər var: "Məsafə səbəbindən ölkələrimiz arasında müəyyən vaxtadək bir neçə məhdudiyyət olub. Lakin hazırda qarşılıqlı tərəfdaşlıq inkişaf edir. Azərbaycan Respublikası Dövlət Neft Fondu hazırda Avstraliyaya investisiya yatırır. Bundan başqa, o, Avstraliyanın daşınmaz əmlakın kommersiya bazarında ən böyük sərmayədar olmaq niyyətindədir".
 
İqtisadi əməkdaşlığın inkişafını şərh edən diplomat Avstraliyadan kənd təsərrüfatı məhsullarının ixracı sahəsi də daxil olmaqla, ticarət əlaqələrinin müsbət artımını vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/325806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR