Hamilə olan Psakiyə yeni vəzifə verildi

Hamilə olan Psakiyə yeni vəzifə verildi
18:57 20 Fevral 2015
46 Dünya
Ölkə mətbuatı
A- A+

Psaki Ağ Evin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri olacaq
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psakiyə yeni vəzifə verilib.

Milli.Az bildirir ki, anspress-in  məlumatına görə, 36 yaşlı Psaki aprelin 1-dən Ağ Evin İctimaiyyətlə Əlaqələr üzrə rəhbəri vəzifəsində çalışacaq. Bunu Ağ Evin təmsilçisi Denis MakDon bildirib. Əvvəl bu vəzifəni Cenifer Palmer icra edib. O, fevralın 5-də istefa etdiyini açıqlayıb.

Qeyd edək ki, Cen Psaki 2013-cü ilin fevral ayının 11-dən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi vəzifəsini icra edib. Buna qədər isə 2009-2011-ci illərdə ABŞ prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi olub.

Xatırladaq ki, Ağ Ev rəsmisinin sözlərinə görə, Cen Psaki ABŞ prezidenti Barak Obamaya hamilə olması haqqında məlumat verib. Onun bu ilin iyul ayında uşaq dünyaya gətirəcəyi gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/325805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR